Ukraynada AES-də başlayan yanğın lokallaşdırılıb- YENİLƏNİB
Tarix: 4-03-2022, 08:52 | Çap et
Ukraynada AES-də başlayan yanğın lokallaşdırılıb- YENİLƏNİB
Zaporojye AES-in təlim-tədris korpusunda başlayan yanğın lokallaşdırılıb.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat verib
Qeyd olunur ki, saat 05.55-də (Bakı vaxtı ilə 07.55) Zaporojye AES-in təlim-tədris korpusunda 2 min kvadrat metr sahədə yanğın nəzarət altına alınıb. Ölən və xəsarət alan yoxdur.

Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojye AES-də başlayan yanğınla bağlı Avropa liderlərinə müraciət edib.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, müraciət dövlət başçısının Teleqram kanalında yerləşdirilib.

“Avropalılar, yuxudan ayılın. Avropanın ən böyük AES-i yanır. Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Ukraynada 15 atom enerji bloku var. Burada partlayış Avropanın sonu ola bilər”, - deyə Ukrayna lideri bildirib.

Zelenski hadisə ilə əlaqədar Şarl Mişel, Olaf Şolts, Anjey Duda, Boris Conson və AEBA-nın rəhbəri Rafael Qrossi ilə əlaqə saxlayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net