Ermənistanın yeni prezidenti seçilib - YENİLƏNİB-1
Tarix: 3-03-2022, 13:10 | Çap et
Ermənistanın yeni prezidenti seçilib - YENİLƏNİB-1
Ermənistan parlamentində prezident seçkiləri ilə bağlı səsvermənin ikinci turu keçirilib.

APA-nın “Sputnik Armenia”ya istinadən xəbərinə görə, hakim “Vətəndaş Müqaviləsi” partiyasının yeganə namizədi, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan 71 səslə Prezident seçilib.
O, Ermənistan tarixinin 5-ci Prezidenti olacaq.

Ermənistan parlamentində prezident seçkiləri ilə bağlı səsvermənin ikinci turu keçirilir.

APA-nın "armenpress"ə istinadən xəbərinə görə, gizli səsvermə yerli vaxtla saat 11:30-da başlayıb və bir saat davam edəcək.


Ermənistan parlamenti ölkənin yeni prezidentini seçə bilməyib.

APA-nın “Sputnik Armenia”ya istinadən xəbərinə görə, hakim “Vətəndaş Müqaviləsi” partiyasının yeganə namizədi, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan cəmi 69 səs toplayıb ki, bu da lazım olan minimum səs sayından (81) az olub.

Müxalif “Şərəfim var” və “Hayastan” fraksiyaları prezidentliyə namizədliyin müzakirəsini boykot ediblər.

Konstitusiyaya görə, prezident seçkilərinin ikinci və üçüncü turlarının keçirilməsi mümkündür və bu zaman seçilmək üçün müvafiq olaraq 65 və 54 səs lazımdır.

Parlamentin sədri Hakob Arşakyan səsvermənin ikinci turunun bu gün keçiriləcəyini bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net