"Banderovçular da yoxdur, kimisə ovlamırlar" - VİDEO
Tarix: 2-03-2022, 13:29 | Çap et
"Banderovçular da yoxdur, kimisə ovlamırlar" - VİDEO
Ukraynanın Jmerinka şəhərinin sakini rusiyalılara video-müraciət ünvanlayıb. DİA.AZ axar.az-a istinadla xəbər verir ki, özünü Aleksey Beznasyuk kimi təqdim edən şəxs rusiyalıları Kremlin yalanlarına inanmağa, təxribatlara uymamağa çağırıb.

“Əziz rusiyalılar, hazırda şəhərdə həyəcan siqnalı verilir. Mənim uşaqlarım zirzəmidə yaşayır. Bura Mərkəzi Ukraynadır, Donbas və ya Xarkov deyil. 36 illik həyatım boyu rus dilində danışmışam. Mən hətta rus dilində fikirləşirəm, rus dilində yuxu görürəm. Buna görə heç kim məni və uşaqlarımı təhqir etməyib. Nə Poltavada, nə Lvovda, nə Karpatda. Hər yerdə rusca danışıram, ukraynca da pis bilirəm. Banderovçular da yoxdur, kimisə ovlamırlar”, - Beznasyuk bildirib.

Qeyd edək ki, rus təbliğat maşının Ukraynada rus dilinə və ruslara qarşı “soyrıqım” olduğunu iddia edir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net