Belarus qoşunlarının Ukraynaya girməsi ilə bağlı təcili məlumat yayılıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Şimal ərazi müdafiə idarəsinin mətbuat katibi Vitali Kirilov məlumat verib.
Hadisə Çerniqov vilayəti ilə sərhəddə baş verib.
"Baxmayaraq ki, Lukaşenka bu gün Belarus qoşunlarının hərbi əməliyyatlarda iştirak etməyi planlaşdırmadığını barədə dəfələrlə bəyanat səsləndirmişdi. Aydındır ki, Belarus uzun müddətdir müharibə aparır və Lukaşenko sözün əsl mənasında yalan danışır. Müharibənin ilk günlərindən Ukrayna ərazisindən raketlər uçur, təyyarələr havaya qalxır, ölü və yaralı işğalçılar ora gətirilir", - deyə Kirilov bildirib.