Aİ hava məkanını Rusiya təyyarələrinə bağlayıb - YENİLƏNİB 2 - VİDEO
Tarix: 28-02-2022, 09:03 | Çap et
Aİ hava məkanını Rusiya təyyarələrinə bağlayıb - YENİLƏNİB 2 - VİDEO
Avropa İttifaqının hava məkanını Rusiya təyyarələrinə bağlamaqla bağlı qərar qüvvəyə minib.

APA-nın xəbərinə görə, qərarın mətni Avropa İttifaqının Rəsmi Jurnalında dərc olunub.
Qərarda göstərilir ki, Rusiya qeydiyyatında olan, Rusiya aviadaşıyıcılarına məxsus və ya Rusiyaya icarəyə verilmiş, Rusiyanın nəzarətində olan istənilən növ təyyarənin Avropa İttifaqı ərazisinə daxil olası, enməsi və ya qalxması qadağan edilir.
Avropa İttifaqının xarici işlər nazirləri Rusiya təyyarələrinin İttifaqın hava məkanından istifadəsini qadağan etməklə bağlı razılığa gəliblər.

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel açıqlama verib.

Avropa İttifaqı hava məkanını Rusiya təyyarələrinə tamamilə bağlayır.

APA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen məlumat verib.

“Biz Rusiyaya məxsus, Rusiya qeydiyyatında olan və ya Rusiyanın nəzarətində olan təyyarələr üçün Aİ hava məkanını bağlayırıq. Bu təyyarələr Aİ ərazisinə eniş edə və ya havaya qalxa bilməyəcəklər. Bura həmçinin oliqarxların şəxsi təyyarələri də aiddir” – deyə Lyayen bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net