Ukrayna Quru Qoşunları: “Sutka ərzində mindən çox Rusiya hərbçisi öldürülüb”
Tarix: 25-02-2022, 17:44 | Çap et
Ukrayna Quru Qoşunları: “Sutka ərzində mindən çox Rusiya hərbçisi öldürülüb”

Sutka ərzində Ukrayna Silahlı Qüvvələri mindən artıq Rusiya hərbçisini öldürüb.

Bu barədə Ukraynanın Quru Qoşunları komandanlığı məlumat yayıb.

“Bu gün Rusiya Federasiyası qoşunlarının hərbçiləri arasında itkiləri mindən artıqdır”, - deyə qurumdan bildirilib.

Qeyd olunub ki, Rusiya Federasiyasının mövcud olduğu dövrdə qoşunları heç vaxt heç bir silahlı münaqişədə belə zaman kəsiyində bu qədər itki verməyib.

Mənbə: Unian.net




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net