Zelenski Rusiyanı danışıqlara çağırıb
Tarix: 25-02-2022, 10:32 | Çap et
Zelenski Rusiyanı danışıqlara çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı atəşi dayandırmaq üçün danışıqlara çağırıb.

APA xəbər verir ki, V. Zelenski müraciətində bildirib ki, Rusiya gec, ya tez, onsuz da danışıqlar aparacaq: “Rusiya hərbi əməliyyatların dayandırılması və təcavüzü dayandırmaq üçün onsuz da bizimlə danışacaq. Bu danışıqlar nə qədər tez başlasa, Rusiyanın özünün itkiləri bir o qədər az olacaq”.
V. Zelenski bundan əvvəl Ukraynanın neytral statusu və təhlükəsizlik təminatı ilə bağlı Rusiya ilə danışıqlar aparmaqdan çəkinmədiyini bildirib. O, həmçinin, qeyd edib ki, qərbli tərəfdaşları Ukraynanın təhlükəsizliyinə təminat vermir və onu NATO-ya qəbul etmək istəmir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net