Zelenskidən çox təsirli müraciət - VİDEO
Tarix: 24-02-2022, 09:00 | Çap et
Zelenskidən çox təsirli müraciət - VİDEO

Rusiyanın hərbi müdaxiləsindən az öncə Ukrayna prezidenti Volodimir Zelenski ukraynalılara və Rusiya xalqına, həmçinin hakimiyyətinə müraciət edib.
Vertikal.az musavat.com-a istinadla xəbər verir ki, həm ana dilində, həm də rus dilində çox təsirli bir müraciət ünvanlayan Zelenski deyib ki, Ukrayna müharibə istəmir. O, Donbas, Luqansk və digər ərazilərə hər hansı hərbi müdaxilə planının olmadığını, bu ərazilərin ona, bütün yaxınlarına doğma olduğunu söyləyib, ancaq əlavə edib ki, ölkəsi müdafiə olunacaq. Ukrayna lideri deyib ki, o, Rusiya prezidenti ilə telefon əlaqəsi yaratmağa cəhd edib, ancaq cəhdi uğursuz olub. Rusiya telekanalları isə V.Zelenskinin müraciətini yaymaqdan imtina ediblər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net