
Bu dəqiqələrdə yayılan məlumatlara görə hücuma keçən Rusiya qoşunları Xarkov vilayəti istiqamətində Ukrayna ordusunun müdafiə xəttini yarıb və ölkənin içərilərinə doğru irəliləyir. Bu haqda jurnalist Andrey Sapliyenko özünün Telegram-kanalında bildirib.
Onun məlumatına görə, bütün ölkə üzrə strateji hərbi obyektlər Rusiya raketləri ilə vurulur. Ukrayna hakimiyyəti ölkənin hava məkanının bağlandığını elan edib. //virtualaz.org//