Putin və Bayden arasında görüş keçiriləcək
Tarix: 21-02-2022, 07:17 | Çap et
Putin və Bayden arasında görüş keçiriləcək

Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə ABŞ prezidenti Co Bayden arasında zirvə görüşünün keçirilməsini təklif edib və hər iki tərəf bunu qəbul edib.

APA xəbər verir ki, bu barədə Yelisey Sarayı bəyanat yayıb.
"Makron həmkarları Bayden və Putin arasında Avropada təhlükəsizlik və strateji sabitlik üzrə sammit keçirməyi təklif etdi. Prezidentlər Bayden və Putin belə bir sammit ideyasını qəbul etdilər", - deyə bəyanatda deyilir.

Qeyd olunur ki, sammit yalnız Rusiya Ukraynaya təcavüz etməzsə baş tuta bilər.

Sammitin gündəliyi ABŞ dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən fevralın 24-də keçiriləcək görüşdə hazırlanacaq.

Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə razı olduğunu bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net