ABŞ Prezidenti Co Bayden münaqişə kəskinləşərsə, Birləşmiş Ştatlar öz qoşunlarını Ukraynaya döyüşmək üçün göndərməyəcəyini təsdiqləyib.
“Biz qoşunlarımızı Ukraynaya döyüşmək üçün göndərməyəcəyik, lakin biz Ukraynanı və onun xalqını dəstəkləməyə davam edəcəyik”, - deyə Bayden Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı Ağ Evdə çıxış edərkən bildirib.
O, həmçinin əlavə edib ki, ABŞ-ın indiki administrasiyası artıq Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün rekord dəstək verib.
RİA Novosti