ABŞ rəhbəri Ukraynanın suverenliyinə sadiqliyini vurğulayıb
Tarix: 13-02-2022, 23:22 | Çap et
ABŞ rəhbəri Ukraynanın suverenliyinə sadiqliyini vurğulayıb
Cozef Bayden Volodimir Zelenski ilə telefon danışığında ABŞ-ın Ukraynanın suverenliyinə sadiqliyini vurğulayıb.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin ABŞ Prezidenti Cozef Baydenlə Ukrayna Prezidenti Volidimir Zelenski arasında telefonda danışığına dair məlumatında bildirilir.

Liderlər Ukrayna böhranının həlli üçün diplomatik səyləri davam etdirmək barədə razılığa gəliblər.

"Prezident Bayden Prezident Zelenskiyə ABŞ-ın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək öhdəliyini bir daha təsdiqlədi... Liderlər Rusiyanın Ukrayna sərhədləri yaxınlığında hərbi gücünü artırmasına cavab olaraq diplomatik səylərin davam etdirilməsi və nəzarətin vacibliyi barədə razılığa gəliblər", - Ağ Evin bəyanatında deyilir.

Qeyd edilir ki, Ağ Ev rəhbəri Ukrayna Prezidentinə ABŞ və müttəfiqlərindən “Rusiyanın Ukraynaya “qarşı istənilən təcavüzünə” “tez və qəti” cavab vəd edib.

Qeyd edək ki, telefon danışığı Bakı vaxtı ilə saat 19:00-da başlayıb və 1 saata yaxın davam edib.

Bu, Zelenski ilə Bayden arasında ilin əvvəlindən bu günə kimi üçüncü telefon danışığıdır - prezidentlər yanvarın əvvəlində və sonunda da telefon danışığı aparıblar.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net