Dünyada koronavirusa yoluxma 400 milyonu ötüb
Tarix: 9-02-2022, 08:52 | Çap et
Dünyada koronavirusa yoluxma 400 milyonu ötüb
Dünyada koronavirusa yoluxma sayı 400 milyonu ötüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının, eləcə də medianın məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.
Son məlumata görə dünyada qeydə alınan COVID-19-a yoluxma hallarının sayı 400 244 031-ə çatıb.

Virus qurbanlarının sayı 5 761 208 nəfərdir.

Yanvarın 7-də yoluxma sayında rəqəm 300 milyon idi. Koronavirusa 20 milyondan çox yoluxmanın aşkarlandığı ölkələrin siyahısında ilk üçlükdə ABŞ, Hindistan və Braziliya qərarlaşıb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net