Rusiyada yoluxanların sayına görə antirekord yenilənib
Tarix: 7-02-2022, 09:01 | Çap et
Rusiyada yoluxanların sayına görə antirekord yenilənib

Ötən sutka ərzində Rusiyada 180 071 yeni koronavirusa yoluxma faktı aşkarlanıb. Əvvəlki maksimum fevralın 5-də qeydə alınıb və 177 282 nəfər təşkil edib. İnfeksiyaya nəzarət üzrə federal qərargahın saytında verilən məlumata görə, ümumilikdə, 12,8 milyondan çox rusiyalı COVID-19 pandemiyasının başlanğıcından bu yana yoluxub.

Həmçinin, son 24 saat ərzində 12 749 nəfər xəstəxanaya yerləşdirilib. Eyni zamanda, 59 583 xəstə sağaldıqdan sonra xəstəxanalardan evə buraxılıb.

Habelə, gün ərzində 661 nəfər koronavirusun qurbanı olub. İndiyədək ölkədə 335 414 nəfər COVID-dən dünyasını dəyişib.

news.ru




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net