Dünyada koronavirusa yoluxanların sayı 380 milyonu ötüb
Tarix: 3-02-2022, 03:43 | Çap et
Dünyada koronavirusa yoluxanların sayı 380 milyonu ötüb

Dünyada koronavirusa yoluxma hallarının sayı 380 milyonu, ölənlərin sayı isə 5,68 milyonu keçib.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytı məlumat yayıb.

Məlumata görə, dünyada COVID-19-a 380 321 615 yoluxma aşkarlanıb. Son sutkada daha 3 313 828 nəfərin koronavirusa yoluxması məlum olub, 10 536 pasiyentin həyatını xilas etmək mümkün olmayıb.

ÜST-ün statistikası yalnız dövlətlər tərəfindən verilən yoluxmuş və ölənlər haqqında rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır.

Ən çox yoluxma halları ABŞ (74 500 060), Hindistan (41 630 885) və Braziliyada (25 426 744) qeydə alınıb. Ölüm sayına görə də ABŞ birinci yerdə qərarlaşıb (880 580).




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net