Ali Radada niyə gürcü bayrağı olmayıb? – AÇIQLAMA
Tarix: 2-02-2022, 12:50 | Çap et
Ali Radada niyə gürcü bayrağı olmayıb? – AÇIQLAMA
Gürcüstan Xarici İşlər Nazirliyi Ali Radada ukraynalı deputatların Ukraynaya dəstəyini qeyd etmək üçün daşıdıqlar xarici dövlətlərin bayraqları arasında Gürcüstan bayrağının olmamasından narazı qalan müxalifət nümayəndələrinin tənqidinə cavab verib.

Vertikal.Az xəbər verir ki, bu barədə gürcü mətbuatı yazıb.

Gürcüstan Xarici İşlər Nazirliyinin sözçüsü Mari Narçemaşvili bu cür ittihamları “spekulyasiya” adlandırıb və izah edib ki, Radada iclasın açılışında yalnız Ukraynaya hərbi dəstək verən ölkələrin bayraqları asılıb.

Narçemaşvili həmçinin bildirib ki, Gürcüstanın Ukraynadakı səfiri təcrid vəziyyətində olduğu üçün Radada şəxsən iştirak edə bilməyib.

Lakin onun sözlərinə görə, sessiyanın açılış mərasimində səfirliyin nümayəndəsi iştirak edib.

“9-cu çağırış Ukrayna Ali Radasının diplomatik korpus nümayəndələrinin dəvət olunduğu yeddinci sessiyasının açılış mərasimində Gürcüstan nümayəndəliyinin rəhbəri, Gürcüstanın Ukraynadakı səfirliyinin nümayəndəsi təcrid olunduğu üçün Levan Tsurtsumia Ukrayna parlamentində olub”, – Narçemaşvili bildirib.

Onun sözlərinə görə, nümayəndə Ukrayna qanunverici orqanında olmaq fürsətindən istifadə edib və bir daha Gürcüstanın Ukrayna tərəfinə dəstəyini ifadə edib.

“Ukrayna parlamentindəki çıxışa gəlincə, Radada iclasın açılışında ölkələrin bayraqları asılanda, bunlar Ukraynaya hərbi dəstək verən dövlətlərin bayraqları olub. Təəssüf ki, Gürcüstanın siyasi spektrində bu mövzuda siyasi spekulyasiyalar davam edir", - deyə o vurğulayıb.

"Gürcüstan hökumətinin ukraynalı dostları ilə daimi, gündəlik əlaqəsi var, bunu telefon danışıqları, həm ikitərəfli, həm də çoxtərəfli görüşləri, o cümlədən "Associated Trio" formatında həyata keçirmiş və planlaşdırmış səfərləri, Gürcüstanın “Krım Platforması”nda yüksək səviyyədə iştirakı bunu sübut edir", - Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net