Rusiya zenit-raket bölmələrini Belarusa yerləşdirir - VİDEO
Tarix: 29-01-2022, 13:52 | Çap et
Rusiya zenit-raket bölmələrini Belarusa yerləşdirir - VİDEO

Rusiya İttifaq Dövlətinin reaksiya qüvvələrinin yoxlanılmasında iştirak edəcək bölmələrini Belarusa yerləşdirməyə davam edir.

Bu barədə RF Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Şərq Hərbi Dairəsinin “Pantsir-S” zenit raket-top diviziyonu növbəti dəmiryolu eşelonu ilə məntəqəyə çatdırılıb.

Müdafiə Nazirliyinin dərc etdiyi videodan belə görünür ki, diviziyonun tərkibinə hər biri 12 zenit raketi daşıya bilən 12 döyüş maşını daxildir.

Yüklər boşaldılandan sonra Rusiya hərbçiləri Belarus və Rusiyanın Vahid Regional Hava Hücumundan Müdafiə Sisteminin tərkibində dislokasiya zonasına marş edəcək, mövqeləri təşkil edəcək və təlim-döyüş növbətçiliyini yerinə yetirəcək.



RİA Novosti




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net