Rusiyaya girişi qadağan edilən Aİ nümayəndələrinin siyahısı genişlənir
Tarix: 29-01-2022, 12:21 | Çap et
Rusiyaya girişi qadağan edilən Aİ nümayəndələrinin siyahısı genişlənir

Moskva Rusiyaya girişi qadağan olunmuş Aİ nümayəndələrinin siyahısını genişləndirmək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.

"Rusiya Federasiyası Aİ tərəfini beynəlxalq hüquqda qeyri-legitim olan birtərəfli məhdudiyyət qərarlarından istifadə etməmək barədə dəfələrlə xəbərdarlıq edib. Aİ-nin qəbul etdiyi qərarlarla əlaqədar Moskva cavab tədbirləri almaq hüququna malik olduğunu açıq şəkildə bəyan edib. Bununla bağlı Rusiya tərəfi qarşılıqlılıq, paritet prinsipi rəhbər tutaraq, Aİ-yə üzv dövlətlərin və Rusiya Federasiyasının ərazisinə girişi qadağan olunmuş qurumların nümayəndələrinin cavab siyahısını genişləndirmək qərarına gəlib”, - nazirlik bildirib.

Diplomatik departamentdən verilən məlumata görə, qara siyahıya dünyanın müxtəlif regionlarında fəaliyyət göstərən Avropanın bir sıra üzv ölkələrinin siyasətçiləri, hüquq-mühafizə orqanlarının, qanunvericilik və icra hakimiyyəti orqanlarının nümayəndələri daxil edilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net