Sarkisyan səlahiyyətlərini o icra edəcək
Tarix: 24-01-2022, 00:30 | Çap et
Sarkisyan səlahiyyətlərini o icra edəcək

İstefa verən Ermənistan Prezidenti Armen Sarkisyanın səlahiyyətlərini Ermənistan Milli Assambleyasının (parlamentinin) sədri Alen Simonyan icra edəcək.

“Qafqazinfo” erməni KİV-inə istinadən xəbər verir ki, o, bu işi növbədənkənar seçkilərə qədər həyata keçirəcək.

Ermənistan konstitusiyasına görə, növbədənkənar prezident seçkiləri 25 və 35 gündən gec olmayaraq keçirilir.

Qeyd edək ki, prezident parlament tərəfindən yeddi il müddətinə seçilir. Eyni şəxs yalnız bir dəfə prezident seçilə bilər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net