Qazaxıstanın Baş Prokurorluğu ölkədə baş verən iğtişaşlar zamanı ölən və yaralananların sayını açıqlayıb.
APA-nın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, şənbə günü keçirdiyi brifinqdə Qazaxıstan Baş Prokurorluğunun Cinayət Prokurorluğu Xidmətinin rəhbəri Serik Şalabayev bildirib ki, iştişaşlar nəticəsində 225 nəfər ölüb.
"Bu günədək 4 578 zərərçəkənin şəxsiyyəti müəyyən edilib, onlardan 4 353-ü, o cümlədən hüquq-mühafizə orqanlarının 3 393 əməkdaşı yaralanıb. Fövqəladə vəziyyət dövründə 225 ölü ölkə morqlarına çatdırılıb", - S. Şalabayev bildirib.
Prokuror əlavə edib ki, ölənlər arasında 19 polis və hərbçi də var.