Əfqanıstanın keçmiş vitse-prezidenti 13 qohumu ilə birlikdə Yeni Zelandiyaya sığındı
Tarix: 14-01-2022, 01:42 | Çap et
Əfqanıstanın keçmiş vitse-prezidenti 13 qohumu ilə birlikdə Yeni Zelandiyaya sığındı

Yeni Zelandiya Əfqanıstanın keçmiş vitse-prezidenti Sərvar Danişə və onun 13 qohumuna sığınacaq verib.

Hökumətin qərarı narazılıq dalğasına səbəb olub. Belə ki, Yeni Zelandiya silahlı qüvvələrinə kömək edən bir çox əfqan sərhəddən kənarda qalıb və həyatları təhlükədədir.

Yeni Zelandiyanın immiqrasiya məsəslələri üzrə nazir müavini Fil Tayford, Danişin əfqan həzara azlığından olduğunu deyərək, onun həm də insan haqlarını qorumaq səbəbiylə qəbul edildiyinə diqqət çəkib. Eyni zamanda, o da vurğulanıb ki, vitse-prezident Əfqanıstanda Yeni Zelandiyaya heç bir şəkildə kömək etməyib.

Əfqanıstanda Yeni Zelandiya qüvvələri üçün işləyən tərcüməçilərdən biri qeyd edib ki, Yeni Zelandiya hökumətini birbaşa dəstəkləyən əfqanlar sığınacaq almayıblar.Əfqanıstanın keçmiş vitse-prezidenti 13 qohumu ilə birlikdə Yeni Zelandiyaya sığındı




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net