Sülhməramlıların Qazaxıstandan çıxacağı vaxtı AÇIQLANDI
Tarix: 11-01-2022, 10:21 | Çap et
Sülhməramlıların Qazaxıstandan çıxacağı vaxtı AÇIQLANDI
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingentinin ölkəni tərk etməsi prosesinin iki gün sonra başlayacağını və 10 gündən çox çəkməyəcəyini bildirib.

Bu barədə Qazaxıstan lideri parlamentdə deputatlar qarşısında çıxışı zamanı qeyd edib.

“KTMT sülhməramlı qüvvələrinin əsas missiyası uğurla başa çatıb. İki gün sonra KTMT birləşmiş sülhməramlı kontingentinin mərhələli şəkildə çıxarılması prosesi başlayacaq. Kontingentin çıxarılması prosesi 10 gündən çox çəkməyəcək”, - deyə prezident bildirib.

Mənbə: RİA Novosti




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net