Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev yeni Baş nazir təyin edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o, bu barədə fərman imzalayıb.
Fərmana əsasən, yeni Baş nazir Alixan Smailov olub.
Parlamentin aşağı palatasının deputatları Baş nazirin sabiq müavininin təyinatını dəstəkləyiblər.