Qazaxıstanın paytaxtı Nur-Sultanda yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 15:00) internetə çıxış bərpa edilib.
Qazaxıstanda internetin verilişi fövqəladə vəziyyətin tətbiqi fonunda müvəqqəti olaraq məhdudlaşdırılmışdı.
Bundan əlavə, Qazaxıstanın bəzi dövlət orqanlarının saytına xaricdən girişə məhdudiyyət qoyulub.
Həmçinin bir neçə KİV orqanının saytına da giriş bağlanıb.
Mənbə: “RİA Novosti”