Almatıda hərbçilərlə iğtişaşçılar arasında silahlı toqquşmalar başlayıb
Tarix: 6-01-2022, 09:30 | Çap et
Almatıda hərbçilərlə iğtişaşçılar arasında silahlı toqquşmalar başlayıb
Qazaxıstanın Almatı şəhərində meriya binasının qarşısındakı meydanda hərbçilərlə silahlı şəxslər arasında şiddətli atışma baş verib.

Bu barədə hadisə yerində olan xarici ölkənin jurnalistləri məlumat yayıb.

“Meydanı iğtişaşçılardan təmizləmək üçün əraziyə hərbçilər yeridilib. Tərəflər arasında şiddətli atışma gedir”, - deyə məlumatda qeyd olunur.

Baş verən hadisələr fonunda Almatı şəhərində hüquq-mühafizə orqanları talan və soyğunçuluqla məşğul olanlara qarşı əməliyyata başlayıb.

Əlavə olaraq qeyd olunur ki, etirazçılar inzibati binaları və avtomobilləri yandırıb, vitrinləri və bankomatları sındırıb, bir neçə ən böyük ticarət mərkəzini qarət ediblər.

Qeyd edək ki, iğtişaşlar nəticəsində şəhərə böyük ziyanın dəyib.

Mənbə: TASS




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net