KİV: Yaponiya və ABŞ hakerlərə qarşı birgə əməkdaşlığa başlayır
Tarix: 26-12-2021, 11:00 | Çap et
KİV: Yaponiya və ABŞ hakerlərə qarşı birgə əməkdaşlığa başlayır

Yaponiya və ABŞ hökumətləri kiberhücumlara qarşı mübarizədə əməkdaşlığa başlamağı planlaşdırır.

APA bildirir ki, bu barədə “Yomiuri” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bundan əlavə, iki ölkənin səlahiyyətli orqanları hakerləri müəyyənləşdirəcək və müvafiq əks tədbirlər hazırlayacaq.

Nəhayət, Yaponiya və ABŞ yerli müəssisələrin onlayn müdaxilələrə qarşı dayanıqlığını artırmaq niyyətindədir.

Qəzetin verdiyi məlumatda qeyd olunur ki, yanvarın 7-də onlayn rejimdə keçirilməsi planlaşdırılan iki ölkənin xarici işlər və müdafiə nazirliklərinin rəhbərləri arasındakı danışıqlar zamanı əməkdaşlıq sazişi bağlana bilər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net