Türkmənistandan koronavirus açıqlaması: “Yoluxma qeydə alınmayıb”
Tarix: 22-12-2021, 17:13 | Çap et
Türkmənistandan koronavirus açıqlaması: “Yoluxma qeydə alınmayıb”
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkədə COVID-19 pandemiyası ilə əlaqədar “profilaktik tədbirlərin gücləndirilməsi” barədə göstəriş verib.


Eyni zamanda, dövlət başçısı əmin edib ki, ölkədə bir dənə də olsun koronavirusa yoluxma halı qeydə alınmayıb.

Berdiməhəmmədov qeyd edib ki, bu nəticə aparılan “genişmiqyaslı işlər” sayəsində mümkün olub. Eyni zamanda, o əlavə edib ki, koronavirusun “Omikron” ştammının yaranması ilə əlaqədar ölkə əhalisi arxayınlaşmamalıdır.

Xatırladaq ki, 2021-ci ilin iyulun əvvəlində Türkmənistanda 18 yaşdan yuxarı bütün sakinlər üçün məcburi peyvənd olunma kampaniyasına start verilib.

Mənbə: Mk.ru




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net