Myanmada mədəndə baş verən torpaq sürüşməsi nəticəsində 80 nəfər itkin düşüb
Tarix: 22-12-2021, 13:24 | Çap et
Myanmada mədəndə baş verən torpaq sürüşməsi nəticəsində 80 nəfər itkin düşüb

Myanmanın şimalında yəşim (nefrit) mədənində baş verən torpaq sürüşməsi nəticəsində təxminən 80 nəfərin itkin düşdüyü ehtimal olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Hadisə dekabrın 22-də yerli vaxtla səhər saat 4 radələrində Kaçin ştatının Kpakant yaşayış məntəqəsində baş verib. Ştatın milli inkişaf fondundan verilən məlumata görə, itkin düşən şəxslər torpaq sürüşməsinin yaratdığı axın nəticəsində ərazidəki gölə sürüklənib.

Hadisə yerinə xilasedicilər cəlb olunub. Hazırda axtarış-xilasetmə işləri aparılır.

Qeyd edək ki, Kaçin ştatında yəşim hasilatı rayonunda ötən ilin aprelində baş verən torpaq sürüşməsi nəticəsində 100-dən çox insan həlak olmuşdu.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net