Fransa polisi ermənilərdən ibarət oğru şəbəkəsini zərərsizləşdirib
Tarix: 20-12-2021, 08:16 | Çap et
Fransa polisi ermənilərdən ibarət oğru şəbəkəsini zərərsizləşdirib

Fransa polisi 3 ay davam edən izləmədən sonra ermənilərdən ibarət şəbəkəni zərərsizləşdirib.

APA-nın “France Bleu” saytına istinadla xəbərinə görə, qanun keşikçiləri oğru şəbəkəsinin malları gizlətdiyi yeri müəyyən ediblər. Anbar kimi istifadə edilən yerdən 10 000 avro nağd pul, 1 lüks avtomobil, məşhur markalara aid ətirlər, 50 şüşədən artıq bahalı içki və 100 kiloqramdan çox siqaret aşkar edilərək götürülüb.

Polisin saxladığı 3 nəfər Ermənistan və Gürcüstan vətəndaşları barədə həbs qətimkan tədbiri seçilib. 1 erməni qadın isə polisin nəzarətinə verilməklə sərbəst buraxılıb. Məhkəmə yanvar ayına təyin edilib. Gömrük xidməti isə təqsirləndirilən şəxslərə 135 000 avro cərimə tətbiq edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net