Rusiya Federasiyasının Kemerovo vilayəti prokurorluğu A.D.Ruban adına şaxtada baş verən qəza ilə bağlı təhqiqata başlayıb.
Pravda.az-ın xəbərinə görə, bu barədə prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, prokurorluq əməkdaşları şaxtada əmək təhlükəsizliyi normalarına əməl edilməsinin vəziyyətini yoxlayırlar. Hadisə yerinə vilayət prokurorunun müavini, Leninsk-Kuznetsk rayonunun prokuroru və kömür hasilatı sahəsinə nəzarət edən prokuror gəlib.