Türkiyədə İzmir şəhərinin Kınık rayonunda yerləşən kömür mədənində qəza baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə İzmir valisi Yavuz Selim Köşger bildirib.
Vali mədənin bir sahəsində çökmə baş verdiyini, 8 nəfər yaralandığını qeyd edib.
O, həyati təhlükəsi olmayan yaralıların xəstəxanada müayinə olunduqlarını vurğulayıb.