Nikola Sarkozinin prezidentliyi dövründə Fransanın daxili işlər naziri olmuş Klod Qean 2017-ci ilin məhkəmə hökmündən sonra bu gün həbs edilib. AzVision.az xəbər verir ki, bu barədə “BFMTV” məlumat yayıb.
Sabiq nazir cəzasını Parisin 14-cü bölgəsindəki Santa həbsxanasında çəkəcək.
Qeyd edək ki, 2017-ci ildə Paris Apellyasiya Məhkəməsi Qeanı iki il müddətinə həbs cəzasına məhkum etmişdi, 2019-cu ildə Kassasiya Məhkəməsi onun bu qərardan şikayətini rədd edib.
Qeana qarşı iş 2000-ci illərin əvvəllərinə aiddir. Həmin vaxt Nikola Sarkozi daxili işlər naziri, Qean isə onun kabinetinin rəhbəri idi. Məlumata görə, o zaman Sarkozi kabinetinin bir neçə üzvü hər ay özlərinə nağd şəkildə pul mükafatlarları yazıblar.