Hindistanın Baş Qərargah rəisi helikopter qəzasında həlak olub - VİDEO - YENİLƏNİB
Tarix: 8-12-2021, 17:50 | Çap et
Hindistanın Baş Qərargah rəisi helikopter qəzasında həlak olub - VİDEO - YENİLƏNİB

Hindistanın Baş Qərargah rəisi Bipin Ravat helikopter qəzasında həlak olub.

Bu barədə Hindistan Hərbi Hava Qüvvələri "Tvitter" səhifəsində bildirib. Generalla birlikdə helikopterin göyərtəsində olan daha 11 nəfər ölüb.
Qəzadan yalnız kapitan Varun Sinqxin sağ çıxdığı bildirilib. Baş Qərargah rəisinin olduğu helikopterin hava şəraitinin kəskin pisləşməsi ilə bağlı qəzaya uğradığı ehtimal olunur.

Hindistanın Müdafiə Qərargah rəisinin olduğu hərbi helikopter qəzaya uğrayıb.

APA-nın ANI agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Hindistanın Tamil-Nadu ştatında baş verib.

Mənbələrin verdiyi məlumata görə, Baş Qərargah rəisi general Bipin Ravat, yüksək rütbəli hərbçilərin olduğu helikopter Sulur şəhərinin ərazisində qəzaya uğrayıb.

Helikopterin göyərtəsində Müdafiə Qərargahının rəisi general Bipin Ravat, onun həyat yoldaşı Madhulika Ravat, eyni zamanda, köməkçisi də daxil olmaqla 14 nəfər olub.

Hadisə yerinə gələn zabitlər ağır yanıq xəsarəti almış iki şəxsin sakinlər tərəfindən xəstəxanaya çatdırıldığını bildirib. Axtarış və xilasetmə işlərinin davam etdiyi bildirlib.


Video




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net