Putin və Bayden arasında görüş başlayıb
Tarix: 7-12-2021, 21:27 | Çap et
Putin və Bayden arasında görüş başlayıb

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.

APA-nın Moskva müxbirinin “Rossiya24” kanalına istinadən verdiyi məlumata görə, Putin-Bayden danışıqları videokonfrans formatında keçirilir.

Danışıqlarda əsasən ikitərəfli münasibətlər, Ukrayna münaqişəsi, NATO-nun şərqə, Rusiya sərhədlərinə doğru irəliləməsi məsələləri müzakirə olunur.

Danışıqlarda V. Putin və C. Bayden təkbətək iştirak edirlər.

Rusiya və ABŞ liderləri bir-birlərini salamlayıb. ABŞ Prezidenti rusiyalı həmkarını görməyə şad olduğunu, “Böyük İyirmilik” ölkələri liderlərinin sammitində görüşlərinin baş tutmamasına görə təəssüfləndiyini vurğulayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net