ABŞ-ın keçmiş prezidenti Donald Trampa məxsus “Trump Media & Technology Group” (TMTG) 1 milyard dollarlıq investisiya cəlb edib.
Bu barədə şirkətin saytında bildirilib.
Məlumata görə, vəsait “TRUTH” sosial şəbəkəsinin yaradılmasına sərf olunacaq.
Trampın fikrincə, bu cür investisiyalar Amerikanın senzuradan və siyasi ayrı-seçkilikdən bezdiyini göstərir. O qeyd edib ki, burada istifadəçilər siyasi ideologiyaya görə ayrıseçkiliyə məruz qalmayacaqlar.
Mənbə: lenta.ru