ABŞ Azərbaycan və Ermənistanı aktiv dialoqa çağırdı
Tarix: 2-12-2021, 15:40 | Çap et
ABŞ Azərbaycan və Ermənistanı aktiv dialoqa çağırdı

ABŞ-ın dövlət katibi Entoni Blinken ATƏT-in İsveçin paytaxtı Stokholmdakı iclasında Vaşinqtonun Bakı və İrəvan arasında birbaşa dialoqun bərpa olunmasını alqışladığını bildirib.

Entoni Blinken tərəfləri humanitar məsələlər üzrə aktiv dialoqa çağırıb.

“Tərəfləri minaların zərərsizləşdirilməsi, itkin düşənlər, beynəlxalq hüququn pozulması məsələləri də daxil olmaqla humanitar dialoqda irəliləyişə nail olmağa çağırış edirik. Bakı və İrəvanı delimitasiya və demarkasiya, iqtisadi və kommunikasiya xətlərinin bərpasına, həmçinin ATƏT-in Minsk Qrupu ilə təmasları davam etdirməyə çağırırıq”, - o deyib.//“Report”




Xəbərlər
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net