Ukrayna NATO-nu Rusiyaya qarşı sanksiyalara çağırır
Tarix: 1-12-2021, 16:26 | Çap et
Ukrayna NATO-nu Rusiyaya qarşı sanksiyalara çağırır

Ukrayna NATO-dan hərbi əməkdaşlığı gücləndirməyi və Rusiyanı Ukrayna ərazisinə mümkün hücumdan çəkindirmək üçün iqtisadi sanksiyalar da daxil olmaqla tədbirlər paketi hazırlamağı xahiş edib.

Vertikal.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba jurnalistlərə açıqlamasında deyib .

"Biz müttəfiqlərimizi Rusiyadan çəkindirmək üçün həyata keçiriləcək tədbirlərin hazırlanmasında birgə işləməyə çağıracağıq", - deyə Kuleba qeyd edib.

Kuleba həmçinin də bildirib ki, “Rusiya ən pis ssenarini seçərsə”, NATO Moskvaya qarşı iqtisadi sanksiyalar tətbiq etməli və Ukrayna ilə hərbi əməkdaşlığı gücləndirməlidir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net