Almaniya səfiri helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib
Tarix: 1-12-2021, 16:16 | Çap et
Almaniya səfiri helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib
Almaniya səfiri Volfqanq Maniq Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus hərbi helikopterin qəzaya uğraması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.
“Hörmətli cənab Prezident!

Böyük bir kədər hissi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olması xəbərini aldım. Mühüm xidməti vəzifələrini yerinə yetirərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının itkisinə görə dərin hüznlə öz başsağlığımı Sizə bildirmək istəyirəm. Fikirlərimiz həmçinin rəhmətə gedənlərin ailələriylədir”, - diplomat vurğulayıb.

Səfir Azərbaycan xalqına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına, habelə DSX-nın rəisi general-polkovnik Elçin Quliyevə də başsağlığı verib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net