Britaniyanın Müdafiə Nazirliyinin Baş Qərargah rəisi istefa verib
Tarix: 30-11-2021, 21:35 | Çap et
Britaniyanın Müdafiə Nazirliyinin Baş Qərargah rəisi istefa verib

Böyük Britaniyanın Müdafiə Baş Qərargah rəisi Nikolas Karter vəzifəsindən istefa verib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.

Bildirilib ki, 3 ildən artıq Baş Qərargah rəisi vəzifəsində xidmət edən general Nikolas Karter Müdafiə Nazirliyini tərk edib.

62 yaşlı general təntənəli şəkildə yola salınıb. Müdafiə naziri Ben Uolles onunla əl sıxaraq xatirə şəkili çəkdirib.

Qeyd edək ki, Karteri Kral Hərbi Dəniz Qüvvələrinin və Britaniya Hərbi Dəniz Qüvvələrinin rəhbəri vəzifəsində çalışmış Toni Radakin əvəz edəcək. Təyinatla bağlı qərar bu ilin oktyabrında qəbul edilib.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net