Merkel: "Vəziyyət indiyə qədər olanlardan daha təhlükəlidir"
Tarix: 23-11-2021, 17:12 | Çap et
Merkel: "Vəziyyət indiyə qədər olanlardan daha təhlükəlidir"
Koronavirusa yoluxma sayının əhəmiyyətli dərəcədə artması səbəbindən 20 gün bağlanmağa qərar verən Avstriyadan sonra digər Avropa ölkələrinin də oxşar tədbirə üstünlük verib-verməyəcəyi müzakirə edilərkən, Almaniya Merkelindən vəziyyətin həssaslığı ilə bağlı yeni bir açıqlama gəldi.
Vertikal.az xəbər veririr ki, "Sputnik Türkiyə"nin "Bloomberg"ə istinadən verdiyi məlumata görə, vəzifəsi ilə vidalaşmaq ərəfəsində olan Almaniya kansleri Angela Merkel dünən Xristian Demokrat Partiyasının yeni liderləri ilə keçirdiyi görüşdə koronavirus pandemiyasının dördüncü dalğasının indiyə qədər gördüklərindən daha təhlükəli olduğunu bildirib və geçikmədən daha sərt tədbirlər görülməsinin vacibliyi ilə bağlı xəbərdarlıq edib.

Merkel hazırda koronavirusla bağlı ölkəsində çox ciddi problemin olduğunu vurğulayıb. O, dördüncü dalğa ilə yaxşı mübarizə aparılmasa, xəstəxanalara müraciət nisbətinin onların qəbuletmə qabiliyyətindən dəfələrlə çox ola biləcəyini deyib.

Əksər vətəndaşların vəziyyətin ciddiliyindən xəbərsiz olduğunu vurğulayan Merkel, peyvənd olunanların nisbətənartımının da prosesə kifayət qədər təsir etməyəcəyini bildirib və ölkə daxilində daha sərt tədbirlərin görülməsini kəklif edib.

Qeyd edək ki, Almaniyada son 24 saatda "COVİD-19"a 45 min 326 yeni yoluxma halı aşkarlanıb. Aktiv xəstə sayı isə 651 min 500-ə yüksəlib. Son 24 saatda virus səbəbiylə 309 nəfərin öldüyü bildirilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net