“ABŞ Gürcüstanla strateji əməkdaşlığın güclənəcəyinə ümid edir” - Blinken
Tarix: 23-11-2021, 07:28 | Çap et
“ABŞ Gürcüstanla strateji əməkdaşlığın güclənəcəyinə ümid edir” - Blinken

ABŞ-ın dövlət katibi Entoni Blinken Gürcüstanın xarici işlər naziri David Zalkalianiyə məktub göndərib.

Vertikal.az xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Blinken Əfqanıstandan ABŞ əsgərlərinin təxliyyəsi prosesinə göstərdiyi köməyə görə Gürcüstana təşəkkür edib.

O, həmçinin ABŞ-ın Gürcüstanla strateji əməkdaşlığın güclənəcəyinə ümid etdiyini də bildirib.

Qeyd edək ki, NATO və ABŞ tərəfindən Əfqanıstanda təxliyyə əməliyyatının keçirildiyi müddətdə Gürcüstanda xüsusi hərbi nəqliyyat mərkəzi yaradılıb və bu ölkə üzərindən 2.5 mindən çox insanın təxliyyəsi həyata keçirilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net