Hulusi Akar: "Terror təşkilatlarında ciddi çöküş yaşanır"
Tarix: 22-11-2021, 18:17 | Çap et
Hulusi Akar: "Terror təşkilatlarında ciddi çöküş yaşanır"

“İndiyədək öhdəmizə düşən vəzifələri uğurla yerinə yetirdik. Ona görə də hər birinizi təbrik edirəm”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ege və Aralıq dənizindəki vəziyyət barədə danışarkən deyib.

“İnşallah, bundan sonra da vəzifəmizi eyni ciddiyyət və səmimiyyətlə, dialoq və koordinasiyalı formada yerinə yetirəcəyik. Suriyada və İraqın şimalında terrorizmlə mübarizə mürəkkəb relyef və çətin hava şəraitinə baxmayaraq, qətiyyətlə davam edir. Bizim yeganə hədəfimiz terrorçulardır. Hazırda terror təşkilatlarında ciddi çöküş yaşanır”, - o bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net