Fransanın İŞİD-lə əlaqələri İFŞA OLUNDU - VİDEO
Tarix: 15-11-2021, 10:48 | Çap et
Fransanın İŞİD-lə əlaqələri İFŞA OLUNDU - VİDEO
Türkiyənin TRT telekanalı Fransanın İŞİD terror qruplaşması ilə əlaqələrini ifşa edən sənədli film təqdim edib. Filmdə bildirilir ki, bu əlaqələr “Lafarge” sement nəhəngi vasitəsilə qurulub.

“Fabrik: gizli fransız əməliyyatı” adlı sənədli film Parisdə 2015-ci ildə baş vermiş terror aktlarının altıncı ildönümündə beynəlxalq terrorun maliyyələşməsinin arxasında dayanan qorxunc şəbəkəni üzə çıxarır.

TRT-nin baş direktoru Zahid Sobacının sözlərinə görə, fabrik iki il ərzində formalaşdırılıb. Diqqətlə yoxlanılan yarım milyona yaxın sənəd beynəlxalq terrorun maliyyələşməsinin arxasında dayanan çirkli münasibətləri ortaya qoyub.

Daha əvvəl “TRT World”un baş redaktoru olan, indi isə “Anadolu” agentliyində müvafiq vəzifəni icra edən Sərdar Karagözün sözlərinə görə, iki il əvvəl layihəyə başlayarkən nəticənin bu qədər böyük olacağını gözləməyiblər:

“Bu sənədli filmdə Fransanın “Lafarge” şirkətinin Suriyadakı çirkli əməliyyatları təqdim olunub”.

Sözügedən sənədli filmdə “Lafarge” şirkətinin nəyə görə Suriyada qalmağa və öz fabrikini bütün müharibə dövründə işlək vəziyyətdə saxlamağa qərar verməsi, Fransanın xüsusi xidmət orqanlarının məlumatı və himayəsi altında Aİ-nin vəsaitlərinin İŞİD və PKK-ya necə yönləndirilməsi, fransalı siyasətçi və xüsusi xidmət orqanlarının “Lafarge” şirkətini məhkəmə işlərindən xilas etmək üçün hansı addımları atması və Suriyada İŞİD-in maliyyələşdirilməsinin 2015-ci il Paris teraktının necə maliyyələşdirilməsi ilə nəticələnməsindən bəhs olunur.

Sənədli filmdə həmçinin Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin rəhbəri Alen Jülye, maliyyə naziri Mişel Sapen, Suriya səfiri Mişel Dyuklo, deputat Jerar Bapt kimi keçmiş rəsmilər, həmçinin Fransa kəşfiyyatının və təhlükəsizlik xidmətlərinin mütəxəssisləri, “Lafarge” şirkətinin keçmiş əməkdaşları və Paris teraktının qurbanlarının müsahibələrinə yer verilib.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net