Tramp Vaşinqtondakı otelini bu qiymətə satır - FOTO
Tarix: 15-11-2021, 10:29 | Çap et
Tramp Vaşinqtondakı otelini bu qiymətə satır - FOTO

ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Trump Organization” şirkəti Vaşinqton şəhərinin mərkəzində yerləşən “Trump İnternational Hotel”in icarə hüquqlarını 375 milyon dollara satmağa razılaşıb.

Vertikal.az xarici KİV-ə istinadən xəbər verir ki, otelin alıcısı “CGİ Merchant Group” investisiya şirkətidir. Müqavilənin gələn ilin birinci rübündə bağlanacağı gözlənilir. Trampın prezidentliyi dövründə otel respublikaçıların toplaşdığı məşhur yer olub.

Qeyd edək ki, Ağ Evin yaxınlığında yerləşən, 120 il əvvəl tikilmiş otel binası hökumətə məxsusdur, lakin bina 100 ilə qədər icarəyə verilə bilər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net