ABŞ miqrant böhranına görə Belarus və Rusiyanı günahlandırıb
Tarix: 15-11-2021, 10:27 | Çap et
ABŞ miqrant böhranına görə Belarus və Rusiyanı günahlandırıb

Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə telefonla danışan ABŞ dövlət katibi Antoni Blinken Polşa-Belarus sərhədindəki qaçqın böhranına görə Belarus administrasiyasını və Moskvanı günahlandırıb.
Vertikal.az xəbər verir ki, "haberturk"ün verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Blinken və Rau arasındakı telefon danışığı ilə bağlı verdiyi açıqlamada bildirib.

Açıqlamaya görə, Blinken ABŞ-ın Polşa-Belarus sərhədindəki qaçqın böhranına görə açıq şəkildə Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiyanı günahlandırdığını bildirib.

“Lukaşenko rejiminin hərəkətləri regionda təhlükəsizliyi təhdid etməklə və parçalanmanı gücləndirsə də, əsas məsələ diqqəti Rusiyanın Ukrayna sərhəddindəki addımlarından yayındırmaq məqsədi daşıyır”, - deyə bəyanatda bildirilir.

Blinken həmçinin Belarusun qaçqınlardan öz maraqları üçün istifadə etdiyini əsas gətirərək, bu ölkəyə və Rusiyaya qarşı Qərb sanksiyalarının arta biləcəyi barədə xəbərdarlıq edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net