İranda qəzeti Xameneinin əlinə görə bağladılar - TƏFƏRRÜAT
Tarix: 11-11-2021, 10:31 | Çap et
İranda qəzeti Xameneinin əlinə görə bağladılar - TƏFƏRRÜAT

İranda nəşr olunan “Kelid” qəzetində ötən şənbə günü diqqətçəkən bir manşet dərc olunub.
Yeniavaz.com "sözcü"yə istinadla xəbər verir ki, “Milyonlarla iranlı yoxsulluq həddinin altında yaşayır” başlıqlı xəbər qəzetin nəşrinin dayandırılnasına səbəb olub.
Belə ki, məqalənin örtük şəklində səhifənin üstündən qırmızı xətt çəkən əl təsvir olunub. Qırmızı xəttin altındakı insanlar xəttin üstündəki qidanı əldə eləməyə çalışırlar.
Lakin təsvirdəki əlin İranın ali dini lideri Ayətullah Əli Xameneinin əlinə bənzəməsi qəzet üçün pis nəticələnib.
Qəzet səhifədəki əlin bu il çəkilmiş bir fotoşəkildə Xameneinin əli ilə eyni olduğu əsası ilə bağlanıb.İranda qəzeti Xameneinin əlinə görə bağladılar - TƏFƏRRÜAT




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net