"Yeni rüsumlar qiymətlərə təsir edəcək" - Deputat
Tarix: 10-11-2021, 13:34 | Çap et
"Yeni rüsumlar qiymətlərə təsir edəcək" - Deputat
"Biz bu yaxınlarda komitə iclasında bir neçə qanuna dəyişiklikləri müzakirə etdik. "Dövlət rüsumu haqqında" qanunda çox ciddi dəyişikliklər edilməlidir".

Vertikal.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

O bildirib ki, qanunlara təklif edilən dəyişikliklərin bir hissəsi ərzaq və kənd təsərrüfatı məhsulları ilə bağlıdır: "Bu da bazarda qiymətlərə təsir edən amillərdəndir. "Dövlət rüsumu haqqında" qanuna ərzaq və kənd təsərrüfatı məhsulları ilə bağlı təklif olunan rüsumları reklam və digər yerlərə əlavə etmək lazımdır".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net