Polşa Belarusla sərhədə on iki minlik ordu göndərdi
Tarix: 9-11-2021, 23:04 | Çap et
Polşa Belarusla sərhədə on iki minlik ordu göndərdi
Polşa Belarusla dövlət sərhədinə on iki min hərbçidən ibarət qoşun göndərib.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir Mariuş Blaşak bəyan edib ki, ordu tam hərbi hazırlıq vəziyyətindədir.

Qeyd edək ki, noyabrın 8-dən bəri dörd minnədək belaruslu qanunsuz miqrant bu ölkənin Polşa ilə sərhədinə toplaşaraq ərazidə çadır şəhərciyi qurub. Yüzlərlə miqrant isə daha aqressiv davranaraq sərhəd istehkamlarını dağıdıb və Polşa ərazisinə keçməyə çalışıb.

Ötən gecə ərzində Polşa hərbçiləri 309 sərhəd pozuntusu cəhdi qeydə alıb.

Mənbə: “Korrespondent”




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net