Panama bayrağı altında üzən gəmi Rusiyada iki hissəyə bölünüb
Tarix: 9-11-2021, 10:19 | Çap et
Panama bayrağı altında üzən gəmi Rusiyada iki hissəyə bölünüb

“Rise Shine” konteyner gəmisi Primorsk diyarının cənubunda Naxodka sahillərində sahilə çıxıb və yarıya bölünüb.
Vertikal.az xəbər vrir ki, bu barədə TASS-a Naxodka limanının xilasetmə bölməsinin rəhbəri məlumat verib.

"Gəmi yarıya bölünmüş vəziyyətdə sahildədir və hazırda xilasetmə işləri aparılır. Gəminin göyərtəsində konteynerlər var, onların yükünün nədən ibatət olması barədə hələ ki məlumat yoxdur", - deyə bildirib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Naxodka axtarış-xilasetmə dəstəsinin və Naxodka yanğın qarnizonunun xilasediciləri hadisə yerinə gəlib.

Açıq mənbələrdən alınan məlumatlara görə, gəmi Panama bayrağı altında üzür, onun uzunluğu 101, eni 19 metrdir.

Nəqliyyat prokurorluğunun məlumatına görə, gəmidə 14 ekipaj üzvü var.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net