Respublikaçı konqresmenlər Baydeni Ukraynaya daha çox silah verməyə çağırır
Tarix: 6-11-2021, 11:32 | Çap et
Respublikaçı konqresmenlər Baydeni Ukraynaya daha çox silah verməyə çağırır

ABŞ respublikaçı konqresmenləri Mayk Rocers və Mayk Turner ( Alabama və Ohayo ştatlarından) cümə günü ABŞ prezidenti Co Baydeni Ukraynaya hərbi yardım göstərməyə və Qara dənizə gəmilər göndərməyə çağırıblar.
Bizimyol.info xəbər verir ki, bu barədə konqresmenlər həftəlik “Defence News” qəzetinə dərc olunan məktubda bildiriblər.

“Rusiya qoşunlarının son vaxtlar Ukrayna sərhədində yığılması ilə biz sizin administrasiyanızı Ukraynaya kəşfiyyat və silah dəstəyi vermək üçün təcili və operativ tədbirlər görməyə çağırırıq”, - deyə Respublikaçılar iddia edib.

Konqresmenlər ABŞ administrasiyasını “Rusiyanın yeni işğalını cilovlamaq və dəf etmək üçün” Ukraynaya silah tədarükünü artırmağa çağırıblar.

“Ağ Ev rəhbəri Rusiya işğalının qarşısını almaq üçün Qara dənizdə ABŞ Silahlı Qüvvələrini yerləşdirməlidir. Bundan əlavə, biz sizi təcili olaraq bölgədə ABŞ-ın müvafiq hərbi mövcudluğunu nəzərdən keçirməyə və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün ABŞ və Ukrayna arasında müvafiq kəşfiyyat məlumatlarının mübadiləsi fəaliyyətinə başlamağa çağırırıq”, - deyə konqresmenlərin məktubunda qeyd edilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net